19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsi çərçivəsində Polşa ilə qarşılaşmadan sonra Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Oyunumuz barədə müsbət fikirlər söyləyə bilərəm. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Əlbəttə, ümumilikdə, turnirin şərtlərini nəzərə alsaq, ilk oyunda heç-heçə bizi tam qane edən nəticə deyil. Bununla belə, futbolçularımızın oyununa 10 ballıq sistemlə ən yüksək qiymət – 10 bal vermək olardı. Qələbəyə çox yaxın olduq. Lakin yaratdığımız epizodları qola çevirə bilmədik".
Shares: