UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ ilə qarşılaşacaq “Mançester Siti” ciddi itkilərlə üzləşib. Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Yaya Ture zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Daban və dizindən xəsarət alan 32 yaşlı futbolçunun yaşıl meydanlardan nə qədər vaxt uzaq qalacağı bilinmir. Ture komanda ilə Parisə aparılmayıb.
Qeyd edək ki, Rahim Sterlinq və Vensan Kompaninin də bu matçda iştirakı sual altındadır.