İtaliya Futbol Federasiyası “Napoli”nin hücumçusu Qonzalo İquaini cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb forvardın aqressiv davranışları olub.
Argentina millisinin üzvü A Seriyasının 31-ci turunda “Udineze”yə qarşı matçda rəqib müdafiəçi Felipeni vurduğu üçün qırmızı vərəqə ilə meydandan qovulub. Daha sonra qarşılaşmanın baş hakiminə təyziq göstərən futbolçuya bütün bunlara görə 4 oyunluq cəza verilib. Bundan əlavə, 28 yaşlı hücumçu 20 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, İquain 2013-cü ildə “Real”dan “Napoli”yə treansfer olunub. O, bu mövsüm vurduğu 30 qolla A Seriyasının ən məhsuldar hücumçusudur.
Shares: