Şotlandiyanın ən titullu iki komandasından biri olan "Qlazqo Reyncers" yenidən ölkənin ən güclü liqasına – Premyer Liqaya qayıdır. Futbolinfo.az xəbər verir ki, məşhur klub 2012-ci ildə yaşadığı maliyyə problemlərinə görə dördüncü liqaya göndərilmişdi.
Geridə qalan illərdə ruhdan düşməyən və mübarizəsini davam etdirən bu komanda nəhayət ki, istəyinə çatıb. Hazırda "çempionşip"də mübarizə aparan "Reyncers" ötən gün "Dambarton" üzərindəki 1:0 hesablı qələbə sayəsində ikinci liqanın çempionluğunu təmin edib. 
Qeyd edək ki, "çempionşip"də son 4 tur qalıb. Amma qalan oyunların nəticəsi "Reyncers"in elitaya çıxmasına heç bir təsir göstərməyəcək.
Shares: