“Çelsi”nin qapıçısı Tibo Kurtua gələn mövsümdən başqa klubda çıxış edə bilər. Futbolinfo.az xəbər verir ki, London təmsilçisi gənc qolkiperlə yollarını ayırmağa hazırdı.
“Real” və “Barselona” kimi klublar belçikalı dəri əlcək ustası ilə yaxından maraqlanır. Lakin onu almaq istəyən klublar 23 yaşlı qapıçının transferi üçün 60 milyon avronu gözdən çıxarmalıdı.
Qeyd edək ki, Kurtua 2014-cü ildən “zadəganlar”ın qapısını qoruyur.
Shares: