Bu gün 3 futbolçu – Tofiq Mikayılov, Emin Mehdiyev və Uğur Pamukla yollarını ayırmağa qərara alan “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun fikirlərini öyrənməyə zərurət yarandı. Futbolinfo.az saytına verdiyi müsahibədə mütəxəssis atdığı addımı əsaslandırmağa çalışdı.
– Bu, mənim qərarımdı. Həmin futbolçulara yertərincə şans verdim. Ancaq özlərini sübut edə bilmədilər. Bundan artıq nə etməli idim? Komandadan kənarlaşdırılmalarında başlıca günahkar özləridi.
– Özünüz futbol oynamısınız, apreldə klubdan uzaqlaşdırılan oyunçunun qalan 2 ayda işsiz qalacağını da yaxşı bilirsiniz…
– Bilirəm. Ancaq bu həddə çatacağını özləri düşünməli idilər. Futbolçu mövsümün bu çağında komandadan kənarlaşdırılırsa, görün hansı həddə çatdırıb ki, bu addımı atdım.

– Elə biz də bunu soruşuruq. Axı, düz yerdə oyunçunu mövsümün bitməsinə 2 ay qalmış komandadan uzaqlaşdırmazlar. Deməli, “torbada pişik var”?
– Heç bir “pişik” yoxdu. Nə var, onu da deyirəm. Yola saldığımız futbolçuların uğursuz çıxışıyla bağlı siz – jurnalistlər də dəfələrlə sual vermisiniz, onları tənqid etmisiniz. Futbolçu verilən tapşırığı yerinə yetirmirsə, komanda üçün canını qoymursa, onunla apreldə vidalaşmaq düzgün qərardı. Klub rəhbərliyinə də təşəkkürümü bildirirəm ki, bu məsələdə mənə dəstək oldular. Qərarımı açıqladım və rəhbərlik bunu müsbət qarşıladı.

– Futbolçularla vidalaşmağı qərara alsanız da, onların “Sumqayıt”la müqavilələri var…
– Bu, mənə aid olan məsələ deyil. Bu barədə rəhbərliyin məlumatı var.

– Ancaq yolları ayırdığınız futbolçulardan biri – Uğur Pamukla FİFA müqaviləsi imzalanıb. Bu da oyunçunun kompensasiya tələb etmək hüququnun olması deməkdi…
– Onu deyə bilmərəm. Çünki bu məsələlər məşqçinin səlahiyyətlərinə aid deyil. Hər halda qərar verilib və bu oyunçularla vidalaşmışıq.

CEYHUN ƏLİYEV