AFFA Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 barədə ümumi məlumatları açıqlayıb. Futbolinfo.az sizi həmin məlumatlarla tanış edir.

UEFA U-17 Avropa çempionatı seçmə mərhələ, elit raund və final mərhələsindən ibarətdir.

2014-cü ildən etibarən çempionatın formatında dəyişiklik edilərək komandaların sayı 8-dən 16-ya kimi artırılmışdır.
Payız aylarında keçirilən seçmə mərhələ hər birində 4 komanda olmaqla 13 qrupda keçirilir.
Elit raund yaz aylarında təşkil olunur. Bu mərhələdə 31 komanda 8 qrupda mübarizə aparır. Hər qrupda birinci yeri tutan 8 və ikinci yerdə qərarlaşan 7 komanda, həmçinin çempionata ev sahibliyi edəcək ölkənin təmsilçisi final mərhələsinə vəsiqə qazanır.
Final mərhəsində komandalar 4 qrupa bölünür. Qruplarda ilk iki yeri tutanlar 1/4 finalda, bu mərhələnin qalibləri isə 1/2 final oyunlarında qarşılaşır. Çempionatın qalibi final oyununda müəyyənləşir.
Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa çempionatı sayca 15-ci olacaq.
Turnirin Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub.
UEFA U-17 Avropa çempionatının oyunları Bakı şəhərində yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsində yerləşən “Qarabağ stadionu” yalnız qrup oyunları zamanı istifadə olunacaq. Burada 6 oyun keçiriləcək. 8-ci km stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Dalğa Arenada 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq.
Çempionatın mayın 5-də, saat 19:30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan Respublikasının əməkdar artisti, UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın səfiri Röya Ayxan və populyar müğənni Miri Yusif çıxış edəcəklər. Röya Ayxan turnirin püşkatma mərasiminin də iştirakçısı olub. Hər iki müğənni UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın “Biz qalib olmalıyıq!” adlı rəsmi himnini duet şəklində ifa ediblər. Musiqisi İsmayıl əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himnə futbol mövzusunda klip çəkilib.
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın püşkatma mərasimi aprelin 8-də Bakı Olimpiya Stadionunda keçirilib.
 
 
Qruplar
A qrupu
1. Azərbaycan
2. Portuqaliya
3. Belçika
4. Şotlandiya
B qrupu
1. Ukrayna
2. Almaniya
3. Avstriya
4. Bosniya və Herseqovina
C qrupu
1. Fransa 
2. Danimarka
3. İngiltərə
4. İsveç
D qrupu
1. İtaliya 
2. Serbiya
3. Hollandiya
4. İspaniya
 
Təqvim
5 may
Saat 14:00. 8-ci KM stadionu
Avstriya – Bosniya və Herseqovina
 
Saat 17:00. Bakı Olimpiya Stadionu
Ukrayna – Almaniya
 
Saat 19:00. 8-ci KM stadionu
Belçika – Şotlandiya
 
Saat 20:00. Bakı Olimpiya Stadionu
Azərbaycan – Portuqaliya
6 may
Saat 14:00. “Qarabağ” stadionu
İtaliya – Serbiya
 
Saat 15:30. Dalğa Arena
Hollandiya – İspaniya
 
Saat 19:00. “Qarabağ” stadionu
İngiltərə – İsveç
 
Saat 19:00. Dalğa Arena
Fransa – Danimarka
8 may
Saat 14:00. 8-ci KM stadionu
Ukrayna – Avstriya
 
Saat 15:30. Dalğa Arena
Portuqaliya – Şotlandiya
 
Saat 19:00. 8-ci KM stadionu
Azərbaycan – Belçika
 
Saat 19:00. Dalğa Arena
Almaniya – Bosniya və Herseqovina
 
9 may
Saat 14:00. Bakı Olimpiya Stadionu
Danimarka – İsveç
 
Saat 16:00. “Qarabağ” stadionu
İtaliya – Hollandiya
 
Saat 17:00. Bakı Olimpiya Stadionu
Serbiya – İspaniya
 
Saat 20:00. “Qarabağ” stadionu
Fransa – İngiltərə
11 may
Saat 16:00. 8-ci KM stadionu
Şotlandiya – Azərbaycan
 
Saat 16:00. Dalğa Arena
Portuqaliya – Belçika
 
Saat 19:15. 8-ci KM stadionu
Bosniya və Herseqovina – Ukrayna
 
Saat 19:15. Dalğa Arena
Almaniya – Avstriya
12 may
Saat 14:00. “Qarabağ” stadionu
İspaniya – İtaliya
 
Saat 14:00. Bakı Olimpiya Stadionu
Serbiya – Hollandiya
 
Saat 19:00. “Qarabağ” stadionu
İsveç – Fransa
 
Saat 19:00. Bakı Olimpiya Stadionu
Danimarka – İngiltərə
14 may, 1/4 final
Saat 15:00. Dalğa Arena
A1 – B2 (A cütü)
 
Saat 20:00. Dalğa Arena
B1 – A2 (B cütü)
15 may, 1/4 final
Saat 16:00. 8-ci KM stadionu
C1 – D2 (C cütü)
 
Saat 20:00. 8-ci KM stadionu
D1 – C2 (D cütü)
18 may, 1/2 final
Saat 15:00. Bakı Olimpiya Stadionu
A cütünün qalibi – C cütünün qalibi
 
Saat 20:00. Bakı Olimpiya Stadionu
B cütünün qalibi – D cütünün qalibi
21 may, final
Saat 20:00. Bakı Olimpiya Stadionu
 
Biletlərin satış məntəqələri:
«Park Bulvar» ticarət mərkəzi
Ünvan: Bakı ş. Neftçilər prospekti 92
Bakı Olimpiya Stadionu
Ünvan: Bakı ş. Böyükşor Şossesi (Koroğlu metro stansiyasının yanı)
«28 Mall» ticarət mərkəzi
Ünvan: Bakı ş. Azadlıq prospekti, Nəsimi r-nu, Füzuli küçəsi
8-ci km stadionu
Ünvan: Bakı ş. Naxçıvanskiy küçəsi (242 nömrəliməktəbin yanı)
«Gənclik Mall» ticarət mərkəzi
Ünvan: Bakı ş. Fətəli Xan Xoyski küçəsi
Qarabağ stadionu
Ünvan: Bakı ş. Suraxanı qəsəbəsi
«Şüvəlan Park» ticarət mərkəzi
Ünvan: Bakı ş. Şüvəlan qəsəbəsi, Almaz İldırım küç. 68
Bakcell müştəri xidmətləri
Ünvan: Bakı ş. Ü.Hacıbəyli küç.48 (Sahil Metrosunun yaxınlığında)

BOS - Futbolinfo.az

8 ci KM - Futbolinfo.az

Dalgha - Futbolinfo.az

Qarabagh - Futbolinfo.az

28 Mall - Futbolinfo.az

Bakcell - Futbolinfo.az

Genclik - Futbolinfo.az

PB - Futbolinfo.az

Shuvelan - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp