Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış, eyni zamanda mərkəzi oyununda “İnter” “Qarabağ”ın qonağı olub. Ağdam klubu bu oyunda qalib gəlməklə çempionluğa daha da yaxınlaşmaq, bakılılar isə üçüncü pillədəki mövqeyini möhkəmləndirmək istəyindəydi. 90 dəqiqənin tamamında qələbə meydan sahiblərinə qismət olub.
Topaz Premyer Liqası
31-ci tur

22 aprel (cümə)
“Qarabağ” – “İnter” – 2:0 (1:0)
Qollar: Reynaldo, 12 (1:0). M.Muarem, 50 (2:0).
Qırmızı vərəqə: F.Bayramov, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov.
Bakı. “Azersun Arena”.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
“İnter”: 79. Georgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 12. Ruslan Əmircanov, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 20. Yuri Fomenko, 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Laşa Kasradze, 9. Qara Qarayev, 11. Rauf Əliyev, 19. Mirhüseyn Seyidov, 33. Aqşin Quluzadə, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.
 
Turun digər oyunları: 23 aprel (16:30. “Xəzər Lənkəran” – “Qəbələ”, 19:00. “Neftçi” – “Zirə”). 24 aprel (14:00. “Sumqayıt” – “Kəpəz”, 16:00. “Rəvan” – AZAL).
Bombardir:
14
– Nelson Bonilya ("Zirə").
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp