Bu gün “Neftçi”nin veteran futbolçusu Yaşar Babayevin 75 yaşı tamam olub. Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında, daha doğrusu, baş katib Elxan Məmmədovun otağında, yubilyara təqdim olunan forma “brak” çıxıb.
Formanın üzərində “Neftçi”nin heyətində 1966-cı ildə bürünc medal qazanmış sabiq müdafiəçinin soyadından sonra durğu işarəsi – nöqtə qoyulub, sonra isə adının baş hərfi yazılıb.
Elxan müəliimin nəzərinə çatdırmaq istəyirik ki, soyaddan sonra durğu işarəsi və sonra adın baş hərfinin yazılması qrammatik səhvdi. Özü də kobud səhv! Mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bunu bilməmiş olmaz.
Son zamanlar bir çox məsələlərdə AFFA-ya və ətrafındakılara görə bilmədikləri işlərdə yardım əlimizi uzatmışıq. Bu dəfə də istisna olmayacaq. Hörmətli Elxan müəllim, forma-filan paylamamışdan öncə yazını redaksiyamıza göndərin, qrammatik səhvləri düzəldib, qaytaraq mətbuat katibinizə. Bizim üçün yardım etmək xoşdu. Həm də bilirik ki, mətbuat katibiniz çoxdandı özünü klub funksioneri sayır, belə şeylərə diqqət ayırmağa vaxtı yoxdu…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp