Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin Avropanın tanınmış klublarının maraq dairəsində olduğunu xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarından savayı, daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar. 
“Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarının skautları da UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın oyunlarını izləyəcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp