UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016 ilə paralel AFFA-nın təşkilatçılığı ilə məşqçilər üçün oyunların analizi mövzusunda təlim-tədris seminarı təşkil olunacaq. Futbolinfo.az xəbər verir ki, seminarda UEFA-nın A və B kateqoriyasına malik məşqçilər iştirak edə biləcək. 
Yekunda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq. Mayın 6, 7, 8 və 9-da (günün birinci, yaxud ikinci yarısı) keçiriləcək seminar, eyni zamanda, müddəti başa çatmış lisenziyaların yenilənməsinə imkan verəcək.
Seminarda iştirak üçün son qeydiyyat tarixi aprelin 29-dur.
A və B lisenziyasının müddəti başa çatmayan mütəxəssislər üçün seminarda iştirak ödənişsizdir.
B lisenziyasının müddətinin uzadılması üçün ödəniş 300, A lisenziyasının müddətinin uzadılması üçün ödəniş isə 500 AZN təşkil edir.
Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp