Bu gün Topaz Premyer Liqasında 31-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "İnter"i qəbul edir. 
 
"Azərsun Arena"da keçirilən qarşılaşmanın əvvəlində kuryoz hadisə baş verib. Belə ki, matçın 12-ci dəqiqəsində Reynaldonun qolundan sonra hesab açılsa da bu, tabloda öz əksini tapmayıb. Belə ki, donan ekranda hesab 0:0 kimi göstərilib. Bu stadionun doktoru Ramiz Qafarovu da çaşdırıb. Onun "matçda hesab dəyişməyib – 0:0" deməsi hamıda çaşqınlıq yaradıb. Ardınca isə Qafarov səhvini düzəldib. Əvəzində isə donan tablonun nasazlığı həllini tapmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp