Bu gün Topaz Premyer Liqasında 31-ci turun növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Öncə "Qəbələ" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar 3 xala sevinən tərəf olublar.
Günün digər matçında iki paytaxt klubu – "Neftçi" ilə "Zirə" üz-üzə gəlib. Paytaxt derbisində qapılara qol vurulmayıb.
Topaz Premyer Liqası
31-ci tur

23 aprel (şənbə)
“Xəzər Lənkəran” – “Qəbələ” – 0:1 (0:1)
Qol: A.Qay, 8 (0:1).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 99. Mahsun Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Orxan Səfiyaroğlu, 9. Bayram Budaqov, 12. İlyas Səfərzadə, 35. Elfad Baləhmədov, 45. Heydər Babayev, 47. Mirabbas Qədirli.
Baş məşqçi: Elbrus Məmmədov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 13. Murad Musayev, 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 34. Urfan Abbasov, 77. Ehtiram Şahverdiyev, 90. Ramil Hasanov.
Məşqçi: Mixaylo Savka.

“Neftçi” – “Zirə” – 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 53. Maksim Vaylo, 3. Jayro, 7. Araz Abdullayev (k), 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 18. Elşən Rzazadə, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 20. Anyete.
Baş məşqçi: Vəli Qasımov.
“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 11. Viktor İqbekoyi, 32. Tato, 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 19. Nurlan Novruzov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 28. Təmkin Xəlilzadə, 17. Nicat Qurbanov, 39. Sadiq Quliyev, 90. Vüsal İsgəndərli, 6. Vüqar Mustafayev, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.

Turun digər oyunları: “Qarabağ” – “İnter” – 2:0. 24 aprel (14:00. “Sumqayıt” – “Kəpəz”, 16:00. “Rəvan” – AZAL).
Bombardir:
14
– Nelson Bonilya ("Zirə").
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp