Bu gün Topaz Premyer Liqasının 31-ci turu keçiriləcək 2 oyunla davam edəcək. Futbolinfo.az xəbər verir ki, görüşlərdən biri Bakıda, digəri isə Lənkəranda baş tutacaq.
23 aprel
“Xəzər Lənkəran” – “Qəbələ”
16:30, “Xəzər Lənkəran” mərkəzi stadionu
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov  
Qələbənin nə olduğunu unudan “Xəzər Lənkəran”ın bu görüşdən 3 xalla ayrılacağı inandırıcı deyil. Cənublular ən yaxşı halda 3-cü dövrədə olduğu kimi 1 xalla kifayətlənə bilərlər. Ötən tur evdə “Rəvan”ı məğlub edən “Qəbələ” isə az da olsa, özünə gəlib. “Qırmızı-qaralar” heç olmasa, 1 pillə irəliləməyə çalışacaq.
“Xəzər Lənkəran” – “Qəbələ”: 29 oyun, +13=7-9, top fərqi – 36:31 
09.12.2006
Xəzər Lənkəran – Gilan (Qəbələ)
4:0
23.05.2007
Gilan (Qəbələ) – Xəzər Lənkəran
0:3
30.09.2007
Xəzər Lənkəran – Qəbələ
2:1
05.04.2008
Qəbələ – Xəzər Lənkəran
1:1
15.11.2008
Qəbələ – Xəzər Lənkəran
0:1
03.05.2009
Xəzər Lənkəran – Qəbələ
1:2
19.09.2009
Qəbələ – Xəzər Lənkəran
1:1
19.12.2009
Xəzər Lənkəran – Qəbələ
1:0
12.03.2010
Xəzər Lənkəran – Qəbələ
4:1
17.04.2010
Qəbələ – Xəzər Lənkəran
1:2
07.08.2010
Xəzər Lənkəran – Qəbələ
1:0
06.11.2010
Qəbələ – Xəzər Lənkəran
1:0
23.09.2011
Xəzər Lənkəran – Qəbələ
2:1
21.02.2012
Qəbələ – Xəzər Lənkəran
2:1
07.04.2012
Qəbələ – Xəzər Lənkəran
0:1
05.05.2012
Xəzər Lənkəran – Qəbələ
1:1
21.10.2012
Xəzər Lənkəran – Qəbələ
1:1
23.02.2013
Qəbələ – Xəzər Lənkəran
2:0
31.08.2013
Qəbələ – Xəzər Lənkəran
2:0
10.11.2013
Xəzər Lənkəran – Qəbələ
0:0
15.02.2014
Qəbələ – Xəzər Lənkəran
2:3
05.04.2014
Xəzər Lənkəran – Qəbələ
1:0
28.09.2014
Qəbələ – Xəzər Lənkəran
1:1
07.12.2014
Xəzər Lənkəran – Qəbələ
3:0
19.02.2015
Qəbələ – Xəzər Lənkəran
3:1
25.04.2015
Xəzər Lənkəran – Qəbələ
0:1
04.10.2015
Qəbələ – Xəzər Lənkəran
6:0
06.12.2015
Xəzər Lənkəran – Qəbələ
0:1
27.02.2016
Qəbələ – Xəzər Lənkəran
0:0
BU MÖVSÜM…
… “Xəzər Lənkəran” öz meydanında: 15 oyun, 2 qələbə, 2 heç-heçə, 11 əğlubiyyət, top fərqi – 8:17 
… “Qəbələ” səfərdə: 14 oyun, 7 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 18:14

 
OYUNDAN NOTLAR
• Cəza səbəbindən oyunu Voyislav Starankoviç və Elvin Camalov (hər ikisi “Qəbələ”) buraxacaq.  
• Ruslan Abışov, Rəşad Sadiqov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov,  Aleksey Antonov, Asif Məmmədov (hamısı “Qəbələ”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”) cəza həddindədi. 
• Zədə səbəbindən Dodo, Ruslan Abışov, Vadim Abdullayev, Ermin Zets və Rafael Santos (“Qəbələ”) komandasına kömək edə bilməyəcək. • Bu matç tərəflərin  yubiley – 30-cu qarşılaşması olacaq.
• “Xəzər Lənkəran” son 5 matçda “Qəbələ”yə qalib gələ bilməyib.  
• “Xəzər Lənkəran” sonuncu qələbəsini 11-ci turda səfərdə “Rəvan” üzərində qazanıb – 1:0.
• “Xəzər Lənkəran” sonuncu ev qələbəsini 8-ci turda AZAL üzərində qazanıb – 3:1.
• Tərəflərin 1-ci dövrədə keçirilən oyununda mövsümün ən fərqli hesabı qeydə alınıb – “Qəbələ” 6:0 “Xəzər Lənkəran”. 
• Ardıcıl 7 matçda məğlub olan “Xəzər Lənkəran” sonuncu xalını 23-cü turda məhz “Qəbələ”dən alıb. 
HAKİM
rehim hesenov - Futbolinfo.az
Bu, Rəhim Həsənovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 22-ci matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Xəzər Lənkəran”nın 5, “Qəbələ”nin 7 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə cənublular 4 xal toplayıb. Fit sahibi bu qarşılaşmalarda “ağ-yaşıllar”ın 9, rəqiblərinin isə 23 futbolçusuna sarı vərəqə göstərib. Həsənov həmçinin lənkəranlıların 3 oyunçusunu meydandan qovub, 1 dəfə isə onların lehinə penalti təyin edib. Onun fit çaldığı görüşlərdə “qırmızı-qaralar” 11 xal qazanıb. Bu oyunlarda referi əyalət təmsilçisinin 19, rəqiblərinin 13 oyunçusuna sarı vərəqə göstərib. Rəhim Həsənov tərəflər arasında 1-ci dövrədə Qəbələdə yerli komandanın 6:0 hesabı ilə qalib gəldiyi oyunun da baş hakimi olub və bu matçda meydan sahiblərinin 3, “Xəzər Lənkəran”ın 1 futbolçusuna xəbərdarlıq edib.
“Neftçi” – “Zirə”
19:00, “Bakcell Arena”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
Bu qarşılaşmada meydan sahibləri üçün qələbə vacibdi. Avrokuboklara vəsiqə verən yer uğrunda əsas rəqibi AZAL-dan 4 xal geridə qalan “ağ-qaralar”ın xal itkisi onların qitəmiqyaslı yarışlardan kənar qalmasına gətirib çıxara bilər. Şüvəlanlıların bu tur səfərdə autsayder “Rəvan”la qarşılaşacağını nəzərə alsaq, 3 xal qazanmaq ehtimalları böyükdü. Qonaqların xal itkisi isə onların turnir cədvəlində mövqeyini dəyişməsə də, əsas rəqibi “Qarabağ”ı çempionluğa 1 addım da yaxınlaşdıracaq.
“Neftçi” – “Zirə”: 3 oyun, +0=1-2, top fərqi – 1:6
03.10.2015
Zirə (Bakı) – Neftçi (Bakı)
2:0
06.12.2015
Neftçi (Bakı) – Zirə (Bakı)
1:1
27.02.2016
Zirə (Bakı) – Neftçi (Bakı)
3:0
BU MÖVSÜM…
…“Neftçi” öz meydanında: 15 oyun, 4 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 15:17
… “Zirə” səfərdə: 15 oyun, 5 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət, top fərqi –14:13
 
OYUNDAN NOTLAR   
• Cəza səbəbindən oyunu Aylton Silva (“Neftçi”) buraxacaq.   
• Məqsəd İsayev, Rahil Məmmədov, Jairo Filyo, Erik Ramos və Ruslan Qurbanov (hamısı “Neftçi”), İqor İvanoviç, Vüqar Mustafayev və Kamal Bayramov (hamısı “Zirə) cəza həddindədi.  
• Zədə səbəbindən Kamran Nəcəfzadə (“Neftçi”) oyunu buraxacaq.   
• “Zirə” cari mövsümdə 3 oyunun heç birində “Neftçi”yə məğlub olmayıb. 
• “Zirə” qış fasiləsindən sonra rəqibləri ilə heç-heçə etməyib – 10 qələbə, 2 məğlubiyyət.
• Fariz Yusifovun idarə etdiyi görüşlərdə “Neftçi” qalib gəlməyib, “Zirə isə məğlub olmayıb. 
HAKİM 
1454598478 fariz1 - Futbolinfo.az
Bu, Fariz Yusifovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 16-cı matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Neftçi”nin 3, “Zirə”nin 5 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə “ağ-qaralar” 2 xal toplayıb. Fit sahibi bu qarşılaşmalarda bakılıların və rəqiblərinin 8 futbolçusuna sarı vərəqə göstərib. Yusifov həmçinin, paytaxt təmsilçisinin 1 oyunçusunu meydandan qovub. Maraqlıdı ki, bu, məhz 3-cü dövrədə səfərdə “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Hesab 0:0 olarkən verdiyi şübhəli qərarla Cavid İmamverdiyevi meydandan qovan referi yekunda “qartallar”ın qələbəsini qeydə almışdı – 3:0. Referi bundan başqa 1 dəfə də “Neftçi”nin rəqibini azlıqda qoyub. O, 1 dəfə də bakılıların qapısına penalti təyin edib. Belə ki, 6-cı turda “Azərsun Arena”da “Qarabağ”la matçın 90-cı dəqiqəsində onun təyin etdiyi şübhəli penalti “ağ-qaralar”ın 1 xalla kifayətlənməsinə səbəb olmuşdu. Sözügedən referinin fit çaldığı görüşlərdə “Zirə” 11 xal qazanıb. Bu oyunlarda referi qəsəbə təmsilçisinin 18, rəqiblərinin 7 oyunçusuna sarı vərəqə göstərib. 
 
ELMAR ABDULLA-ZADƏ
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp