"Neftçi” PFK-nın Müşahidə Şurasının 14.04.2016-cı il tarixində keçirilmiş iclasında şurasının təsis olunmasından indiyə kimi ötən 1 il müddətində görülmüş işlər barəsində geniş hesabat təqdim edilmişdi. Futbolinfo.az xəbər verir ki, hesabatda tərəfdaş və sponsorlarla əməkdaşlıq, ali təhsil ocaqları, orta məktəblər və azarkeşlərlə iş, ev oyunlarının təşkili, könüllü sisteminin tətbiqi, Avropa Klublar Assosiasiyasındakı (ECA) üzvlük fəaliyyəti, klubun əsas komandası və futbol akademiyasının işinin təşkili, mövsüm ərzində keçirilmiş təlim-məşq toplanışları, məşqçilərin inkişafı, media və ictimaiyyətlə qurulmuş əlaqələr və ən əsası, klubun yeni təlim-məşq bazasında görülən işlərlə əlaqədar geniş məlumatlar yer alıb.

Hesabatın PDF versiyasını buradan yükləyə bilərsiniz.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp