"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (0:0) sonra futbolinfo.az saytının suallarını cavablandırıb:
– Oyun barədə nə deyə bilərsiniz?
– Arxa sıralarda olmağımıza baxmayaraq, bütün oyunlara ciddi yanaşırıq. Bu gün də çətin matç oldu. Qarşıda bizi kubok oyunları gözləyir. Ümidimiz həmin oyunlaradı.
– Artıq ölkə çempionatından avrokuboklara qatıla bilməyəcəyinizi qəbul edirsən?
– Xeyr, qəbul etmirəm. Növbəti matçlarda qalib gəlsək, turnir cədvəlində irəli gedə bilərik.
– Amma kubok matçlarına daha çox üstünlük verəcəksiniz…
– Çünki bütün ümidimiz onadı. İnanıram ki, qələbə qazanacağıq. 
– "Qəbələ" ilə qarşıda 3 oyununuz var. Bu, sizin üçün nə dərəcədə asan və ya çətin olacaq? 
– Çətin bir şey yoxdu. İlk oyunumuz evdədi. Daha sonra orada ardıcıl 2 oyuna – çempionat və kubok matçına çıxacağıq. Buna baxmayaraq, hər iki oyuna ciddi yanaşacağıq. Ehtiyat heyətimiz də var. Hamımız bir nəfər kimi canımızı qoyacağıq. 
– Oyunda üstün tərəf olsanız da? şanslardan yararlana bilmədiniz…
– Bu problemi "Qəbələ" ilə oyuna qədər həll etməyə çalışacağıq.
– Vəli Qasımovun gəlişindən sonra sanki Əsgər Abdullayevin dövründəki kimi çıxış edə bilmirsən. Mümkündü ki, texnikalı futbolçusan deyə, Abdullayev sənə meydançada sərbəstlik verirdi?
– Millinin düşərgəsində olanda pis vəziyyətdə idim. Böyrəyimdə ağrılar var idi. Daha sonra 10-15 gün məşq etmədim. İndi yenicə özümə gəlirəm. Oyunlara hazır deyildim. Sağ olsun Vəli müəllim, mənə dedi ki, "sənə güvənirəm". Mən də çıxıb, əlimdən gələni etdim.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp