"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramos Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşdıqları "Zirə" ilə qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
 
– Matç barədə nə deyəcə bilərsən?
– Çətin oyun keçdi. Çox güc sərf etdik. Təəssüf ki, qalib gələ bilmədik. Qarşıda "Qəbələ" ilə 3 çətin oyunumuz var.
 
– Çoxdandı ki, müsahibə vermirsiz. Heç özünüzə sual vermirsiz ki, niyə mətbuat sizinlə maraqlanmır?
– İspan dilinə tərcümə edən yox idi. İngilis dilində isə bilmirəm.
 
– Bakıda ispan dilini bilən çox azdı. Bu adi həyatda sizə çətinlik yaratmır?
– İngilis dilində bir az bilirəm. Xeyr, elə də problem yaşamıram.
  
– Yayda "Neftçi"dən ayrılacağını demişdin. Bu komandada qalmayacağını bilə-bilə oyunlara hansı motivasiya ilə çıxırsan?
– Burada böyük vaxt keçirmişəm. Heç bir problem yoxdu və ola da bilməz.
 
– "Neftçi"nin iddialı vaxtlarında komandada çıxış etmisən. Niyə komanda bu vəziyyətə düşüb?
– Heyf ki, əvvəlki kimi güclü deyilik. Ümid edirəm ki, gələcəkdə hər şey daha yaxşı olacaq. 
 
– Niyə əvvəlki gücünüzü saxlaya bilmədiniz?
– Yeni layihələrlə bağlı problem var. Onu düzgün qurmamışdılar. Hər dəfə yeni işçilər və futbolçular gəlirdi və belə olan halda ritmi saxlamaq olmur.
 
– Azarkeşlərin də sizə olan inamı itib. Hətta sizi ələ də salırdılar. Birinci diviziona yollanacağınıza işarə vururdular…
– Heç kim bu duruma düşmək istəməz. Əminəm ki, qarşıdakı iki ildə hər şey düzələcək.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp