Latviya çempionatında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası – "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Riqa" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:2.
Bu oyunda Orxan start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. O, 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Mirabdulla isə 46-cı dəqiqəqə meydana çıxıb.
Qeyd edək ki, 5 turdan sonra 3 xala malik olan "Dauqava" 8 klub arasında sonuncu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp