Sloveniya çempionatında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası – "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Rudar" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:1. Məsimov bu görüşün 82-ci dəqiqəsində meydana çıxıb. "Domjale" qələbə qolunu məhz bundan altı dəqiqə sonra rəqib qapısından keçirib. 
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 49 xalla üçüncü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp