Bu gün Topaz Premyer Liqasının 31-ci turuna 2 oyunla yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, matçlardan biri Bakıda, digəri isə Sumqayıtda keçiriləcək.
24 aprel
“Sumqayıt” – “Kəpəz”
14:00, “Kapital Bank Arena”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev    
Qarşılaşmada qazanılacaq qələbə “Kəpəz”i 3-cü pillədə olan “Qəbələ” və “İnter”ə şərik edəcək. Gəncəlilər son səfər matçlarında rəqibləri qarşısında darmadağın olduğundan onların bu dəfə hansı nəticəyə imza atacağı maraqlıdı. Meydan sahiblərinin qələbəsi isə onların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Kimyaçılar” ən yaxşı halda “Neftçi” ilə aradakı xal fərqini 8-ə endirə bilərlər. 
“Sumqayıt” – “Kəpəz”: 11 oyun, +4=4-3, top fərqi – 14:13
30.09.2011
Kəpəz (Gəncə) – Sumqayıt Şəhər
1:1
11.12.2011
Sumqayıt Şəhər – Kəpəz (Gəncə)
4:1
18.03.2012
Kəpəz (Gəncə) – Sumqayıt Şəhər
4:1
15.04.2012
Sumqayıt – Kəpəz (Gəncə)
2:0
26.10.2012
Kəpəz (Gəncə) – Sumqayıt
0:0
20.12.2012
Sumqayıt – Kəpəz (Gəncə)
2:1
30.03.2013
Sumqayıt – Kəpəz (Gəncə)
1:0
27.04.2013
Kəpəz (Gəncə) – Sumqayıt
1:0
04.11.2015
Kəpəz (Gəncə) – Sumqayıt
3:1
07.12.2015
Sumqayıt – Kəpəz (Gəncə)
2:2
27.02.2016
Kəpəz (Gəncə) – Sumqayıt
0:0
BU MÖVSÜM…
… “Sumqayıt” öz meydanında: 15 oyun, 4 qələbə, 7 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 17:18 
… “Kəpəz” səfərdə: 15 oyun, 7 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 16:22
 
OYUNDAN NOTLAR
• Cəza səbəbindən oyunu Aleksandr Çertoqanov (“Sumqayıt”) buraxacaq.  
• Bəxtiyar Həsənalızadə, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Murad Ağayev və Cəmil Hacıyev (hamısı “Sumqayıt”), Şəhriyar Əliyev, Azad Kərimov, Dario Frederiko və Kərim Diniyev (hamısı “Kəpəz”) cəza həddindədi. 
• Zədə səbəbindən Dario Frederiko və Namiq Ələsgərov (hər ikisi “Kəpəz”) komandasına kömək edə bilməyəcək.  
• Tərəflərin duelində heç vaxt qonaq komanda qalib gələ bilməyib.
• “Sumqayıt” son 4 qarşılaşmada “Kəpəz”i məğlub edə bilməyib.
HAKİM
axar.az1392034214rauf cabbarov - Futbolinfo.az
Bu, Rauf Cabbarovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 13-cü matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Sumqayıt”ın 2, oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə “kimyaçılar” xal qazanmayıb. Fit sahibi bu qarşılaşmalarda sumqayıtlıların 6, rəqiblərinin isə 8 futbolçusuna sarı vərəqə göstərib. Cabbarov bu mövsüm “Kəpəz”i 1 dəfə meydana çıxarıb. Gəncəlilərin “Neftçi”ni səfərdə 3:2 hesabı ilə üstələdiyi matçda, o, qərblilərin 5, rəibinin 3 oyunçusuna sarı vərəqə göstərib. Bundan başqa, referi hər komandanın qapısına da 1 dəfə penalti təyin edib. 
“Rəvan” – AZAL
16:00, “Bayıl Arena”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
Bakılılar qələbə qazanmaqla turnir cədvəlinin 9-cu pilləsindəki “Xəzər Lənkəran”la xallarını eyniləşdirə bilər. “Sarı-qırmızılar”ın itirməyə heç nəyi yoxdu. “Təyyarəçilər” isə əsas rəqibi “Neftçi”nin xal itirməsindən istifadə edib, onlardan aralanmaq üçün əla şansa malikdi. Qazanılacaq qələbə Tərlan Əhmədovun yetirmələrini avrokuboklara daha da yaxınlaşdıracaq.
“Rəvan” –  AZAL : 15 oyun, +5=4-6, top fərqi – 17:18
22.10.2011
AZAL (Bakı) – Rəvan (Bakı)
1:2
20.12.2011
Rəvan (Bakı) – AZAL (Bakı)
3:1
18.03.2012
Rəvan (Bakı) – AZAL (Bakı)
2:0
14.04.2012
AZAL (Bakı) – Rəvan (Bakı)
1:1
11.08.2012
AZAL (Bakı) – Rəvan (Bakı)
3:1
19.11.2012
Rəvan (Bakı) – AZAL (Bakı)
1:0
19.04.2013
AZAL (Bakı) – Rəvan (Bakı)
3:2
14.05.2013
Rəvan (Bakı) – AZAL (Bakı)
3:5
29.09.2013
Rəvan (Bakı) – AZAL (Bakı)
0:0
08.12.2013
AZAL (Bakı) – Rəvan (Bakı)
2:1
28.02.2014
Rəvan (Bakı) – AZAL (Bakı)
1:0
27.04.2014
AZAL (Bakı) – Rəvan (Bakı)
0:0
02.10.2015
AZAL (Bakı) – Rəvan (Bakı)
1:0
07.12.2015
Rəvan (Bakı) – AZAL (Bakı)
0:0
27.02.2016
AZAL (Bakı) – Rəvan (Bakı)
1:0
BU MÖVSÜM…
…“Rəvan” öz meydanında: 14 oyun, 2 qələbə, 2 heç-heçə, 10 məğlubiyyət, top fərqi – 6:23
… AZAL səfərdə: 14 oyun, 2 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 7:20
 
OYUNDAN NOTLAR   
• Cəza səbəbindən oyunu Saşa Yunisoğlu (“Rəvan”) və Emin Cəfərquliyev (AZAL) buraxacaq.   
• Elvin Əliyev (“Rəvan”), Nuqzar Kvirtiya, Aleksandr Quruli və Stanislav Namaşko (hamısı AZAL) cəza həddindədi.  
• Zədə səbəbindən Elvin Həsənəliyev, Elvin Əliyev (“Rəvan”) və Seymur Əsədov (AZAL) oyunu buraxacaq.   
• AZAL “Rəvan”a qarşı son 4 oyunda qol buraxmayıb. 
• Tərəflərin son 5 matçında 1-dən artıq qol vurulmayıb.
• “Rəvan” AZAL-ın cari mövsümdə məğlub olmadığı 2 komandadan biridi (digəri “Neftçi”). 
HAKİM 
- Futbolinfo.az
Bu, Orxan Məmmədovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 14-cü matç olacaq. Referi indiyədək sözügedən komandalardan AZAL-ın 3, “Rəvan”nın 4 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə şüvəlanlılar 3 xal toplayıb. Fit sahibi bu qarşılaşmalarda “təyyarəçilər”in 8, rəqiblərinin isə 6 futbolçusuna sarı vərəqə göstərib. Məmmədov həmçinin, AZAL-ın lehinə 1 penalti təyin edib. Sözügedən referinin fit çaldığı görüşlərdə “Rəvan” 1 xal qazanıb. Bu oyunlarda referi “sarı-qırmızılar”ın 12, rəqiblərinin 4 oyunçusuna sarı vərəqə göstərib. O, həmçinin, bakılıların lehinə 1 penalti təyin edib, 1 futbolçusunu isə meydandan qovub.

 
ELMAR ABDULLA-ZADƏ
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp