17 yaşlı futbolçular arasında keçirilən Avropa Çempionatının C qrupunda İsveç İtaliyanı 2:1 hesabı ilə məğlub edib. Futbolinfo.az xəbər verir ki, matçdan sonra isveçlilərin baş məşqçisi Maqnus Vikman qələbəni belə şərh edib:
“Həqiqətən də çox surpriz nəticə oldu. Bu gün biz güclü komandaya qarşı oynadıq. Əvvələr də bu rəqibə qarşı 10 oyunun 8-də məğlub olmuşuq. Düzü, belə nəticəni gözləmirdik. 2-ci hissəyə yorğun başladıq. Oyun stilmizi dəyişməyə məcbur olduq. Matçın sürətini aşağı salmalı idik. Əks-hücum şanslarımız olsa da, bundan istifadə edə bilmədik. Rəqibi sıxmağa gücümüz qalmamışdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp