17 yaşlı futbolçular arasında keçirilən Avropa Çempionatının C qrupunda İngiltərə İsveçə 1:2 hesabı ilə məğlub olub. Futbolinfo.az xəbər verir ki, matçdan sonra ingilislərin baş məşqçisi Stiven Kuper oyunu belə şərh edib:
“2-ci hissədə daha yaxşı oynadıq, sürətli hücumlar edirdik. Növbəti oyunlarda bəzi dəyişikliklər edəcəyik. Asanlıqla 2 qol buraxdıq, bu, bizə baha başa gəldi. Rəqiblərimizin nəticəsindən çox öz oyunumuza baxmalıyıq. Növbəti matçdan sonra vəziyyətimizə aydınlıq gələcək. Məqsədimiz qrupdan çıxmaqdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp