“Qəbələ”nin sabiq kapitanı, hazırda həbsdə olan futbolçusu Cavid Hüseynov jurnalistlərə müraciət edib. Futbolinfo.az xəbər verir ki, Cavid anası vasitəsi ilə etdiyi müraciətdə 10 aydır günahsız yerə azadlıqdan məhrum olunduğunu yazıb: 
“Mən qatil deyiləm, futbolçuyam. Məni olduğum kimi qəbul edin. Bütün jurnalistlərə mayın 11-də keçiriləcək məhkəmə prosesinə dəvət edirəm. Həmin gün mən ifadə verəcəm. Xahiş edirəm, həqiqəti yazın”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp