Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında ikinci turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, artıq bütün qruplar üzrə hakim təyinatları açıqlanıb.
Sabah Belçika ilə qarşılaşacaq yığmamızın qarşılaşmasında çexiyalı Petr Ardeleanu ədalət təmsilçisi olacaq.
FİFA dərəcəli hakimlərimiz Əliyar Ağayevlə Orxan Məmmədov da ikinci turun oyunlarına təyinat alıb. Onlar ikinci turun ilk oyun günündə müvafiq olaraq Portuqaliya – Şotlandiya və Ukrayna – Avstriya görüşündə 4-cü hakim funksiyasını yerinə yetirəcəklər. Mayın 9-da keçiriləcək oyunlarda isə Ağayev Danimarka – İsveç, Məmmədov Serbiya – İspaniya görüşlərində 4-cü hakim olacaq.
17 yaşlıların Avropa çempionatı
Qrup mərhələsinin ikinci turu

8 may
A qrupu
15:30. Portuqaliya – Şotlandiya
Baş hakim: Qunnar Yarl Yonsson  (İslandiya)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
“Dalğa Arena”
 
19:00. Azərbaycan – Belçika
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
8-ci km qəsəbə stadionu
 
B qrupu

14:00. Ukrayna – Avstriya
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
8-ci km qəsəbə stadionu
 
19:00. Almaniya – Bosniya və Herseqovina
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Vasili Ermişin (Moldova), Balaj Buzas (Macarıstan)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
“Dalğa Arena”

9 may
C qrupu

14:00. Danimarka – İsveç
Baş hakim: Mitya Jqaneç (Sloveniya)
Baş hakimin köməkçiləri: Vasili Ermişin (Moldova), Marios Dimitriadis (Kipr)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı Olimpiya Stadionu
 
20:00. Fransa – İngiltərə
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
“Qarabağ” stadionu
 
D qrupu

16:00. İtaliya – Hollandiya
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Balaj Buzas (Macarıstan)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
“Qarabağ” stadionu
 
17:00. Serbiya – İspaniya
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Bakı Olimpiya Stadionu  

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp