Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması Makedoniya millisinə 1:3 hesabı ilə uduzub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, yoxlama oyunundakı bu yenilgi ilə Makedoniya komandamızın tarixinə uduzduğumuz ən zəif komandalardan biri kimi düşdü.
 
Belə ki, balkanlılar hazırda FİFA reytinqində 141-cidi. Millimiz ilk 14 “onluq”dan kənardakı, yəni 141-ci və daha aşağı pillələrdəki zəif komandalara indiyədək 5 dəfə uduzmuşdu. Makedoniya bu siyahıda 6-cı oldu.
 
Uduzduğumuz ən zəif 6 komanda
 
2 sentyabr 1994. Kişinyov. YO. Moldova – Azərbaycan – 2:1 (149)
 
25 aprel 1997. Aşqabad. YO. Türkmənistan – Azərbaycan – 2:0 (150)
 
14 oktyabr 1998. Vaduts. AÇ. Lixtenşteyn – Azərbaycan – 2:1 (165)
 
9 mart 2007. Çimkənd. BT. Qazaxıstan – Azərbaycan – 1:0 (145)
 
29 fevral 2012. Dubay. YO. Azərbaycan – Fələstin – 0:2 (162)
 
20 may 2015. Şvadorf. YO. Azərbaycan – Makedoniya – 1:3 (141)
 
Qeyd: Mötərizədə rəqibimizin oyun gününə olan FİFA reytinqindəki mövqeyi, AÇ – Avropa çempionatının seçmə oyunu, BT – beynəlxalq turnir, YO – yoxlama oyunu
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp