Makedoniya millisi Azərbaycan yığması üçün ən uğursuz rəqiblərdən birinə çevrilib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, balkanlılarla 6-cı dəfə qarşılaşan komandamız 5-ci dəfə uduzub.
 
Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində alınan 1:3 hesablı yenilgiyədək rəqibi ilə cəmi 1 heç-heçə edən komandamız qapısına 4 qol vurduğu balkanlılardan 13 top buraxıb.
 
Makedoniya millisi yığmamızı 5 dəfə məğlub edən 7-ci komanda olub. Bunadək Türkiyə, Slovakiya, Polşa, Uels, Portuqaliya və Macarıstan da yığmamızı 5 qarşılaşmada üstələyib.
 
Bu göstəricidə rekord isə Finlandiyaya məxsusdu. Skandinaviyalılar komandamızı 7 dəfə məğlub edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp