İspaniya La Liqasına vəsiqə qazanan bir komandanın adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, “Alaves” buna nail olan ilk komanda olub.
 
İspaniya Sequndasının 41-ci turunda “Numansiya” üzərində 2:0 hesablı qələbə qazanan “Alaves” sona 1 tur qalmış liderliyini qoruyub. Komanda 3-cü pillədəki “Ximnastik”lə 4 xallıq fərqi qoruduğundan, mövsümü ilk iki sırada bitirəcəyi dəqiqləşib. Bu isə o deməkdi ki, “Alaves” elitaya vəsiqəni rəsmiləşdirib.
 
Qeyd edək ki, bu komanda sonuncu dəfə 2005-06 mövsümündə La Liqada iştirak etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp