“Kəpəz”in əsas komandasını tərk edən futbolçuların adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubundan biri legioner olmaqla altı oyunçu ayrılıb. 

Siyahını nəzərinizə çatdırırıq:

Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov, Junior Osvaldo (hamısının müqaviləsinin müddəti başa çatıb).

“Kəpəz” komandanı tərk edən bütün futbolçulara ötən mövsüm göstərdiyi oyuna görə minnətdarlıq edib, onlara karyerasının gələcək hissəsində uğurlar arzulayıb.

Bu arada isə baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilənin müddəti artılıb. Onlardan ikisi əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb. Müqaviləsinin müddəti uzadılanlar aşağıdakılardır:

Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah.

“Qarabağ”dan icarə əsasında 2015/2016 mövsümündə “sarı-göylər”in heyətində çıxış etmiş Şəhriyar Əliyevin icarə müddəti daha bir illiyinə uzadılıb.

Qeyd edək ki, bu futbolçulardan əlavə hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp