Qarşıdakı mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçular qatıb. Futbolinfo.az xəbər verir ki, Gəncə klubu 5 oyunçu ilə güclənib. 

Belə ki, “Rəvan”dan Novruz Məmmədov, “Xəzər Lənkəran”dan Vüqar Bəybalayev ilə Tural Qürbətov, “Zirə”dən Nicat Qurbanov və “Ağsu”dan Davud Kərimi Nizami yurdunun təmsilçisinə keçib.

Adı çəkilən bütün futbolçularla bir illik müqavilə imzalanıb. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp