Fransanın Lans və Lill şəhərlərində Avropa məktəbli turnirində iştirak edən “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası ilk iki oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, futbolçularımızın ilk oyundakı rəqibi Türkiyə çempionu olub.

Qarşılaşma təmsilçimizin 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Bir neçə saat sonra Azərbaycan çempionu İngiltərə təmsilçisi ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. İngiltərə komandası qolu penaltidən vurub. Həmçinin, təmsilçimiz son 10 dəqiqəni 10 nəfərlə keçirib. 

Bu gün komandamız Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp