21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamızın rəqibi yenə Sloveniya U-21-i olub.

Xatırladaq ki, gənclər yığmamızın bu komanda ilə ilk oyunu 1:4 hesablı məğlubiyyətlə başa çatmışdı.

Bu dəfə isə millimiz daha yaxşı oynayıb. Görüşdə hesabı da məhz komandamız açıb. Meydan sahibləri hesaba tarazlıq gətirməyi bacarsa da, futbolçularımız fasilə ərəfəsində sloveniyalıları yenidən meydanın mərkəzinə dəvət ediblər. İkinci hissədə qapılara qol vurulmadığından oyun Azərbaycan 21 yaşlılarının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yoxlama oyunu
31 may

Sloveniya – Azərbaycan – 1:2 (1:2)
Qollar: Mahir Mədətov, 11 (0:1). 23 (1:1). Elşən Abdullayev, 45 (1:2).

Shares: