UEFA Gənclər Liqasının “Çempionlar yolu”nun I mərhələsində mübarizə aparacaq 32 komandadan 23-ü müəyyənləşib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Ukraynanın ardından daha iki ölkənin çempionu bu raundda mübarizə aparmayacaq.
 
Bunlar Almaniya və Fransadı. Onların çempionları əsas komandanın uğurlu çıxışı sayəsində Çempionlar Liqasına vəsiqə qazandığından yarışa digər yoldan başlayacaq. “Çempionlar Liqası yoluna” qatılacaq bu komandaları UEFA reytinqində ilk “32-lik”dən kənarda qalan daha iki ölkə təmsilçisi əvəzləyəcək. Bununla da Moldovanın ardından Gürcüstan və Finlandiya yarışa qatılacaq.
 
AFFA-nın keçirdiyi U-19 Liqasının qalibi olan “Qəbələ” də 23 iştirakçı sırasındadı. Təmsilçimizin potensial rəqibləri sırasına “Qalatasaray” da qoşulub. Bundan başqa “Malaqa”, “Mançester Siti” kimi klublar da “Qəbələ” ilə görüşə bilər.
 
UEFA Gənclər Liqası
“Çempionlar yolu”
“Qəbələ” (Azərbaycan), “Malaqa” (İspaniya), “Anderlext” (Belçika), “Mançester Siti” (İngiltərə), “Dinamo” (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), “Qalatasaray” (Türkiyə), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Vitorul” (Rumıniya), APOEL (Kipr), “Dinamo” (Xorvatiya), “Makkabi” (Hayfa, İsrail), AİK (İsveç), “Liteks” (Bolqarıstan), “Rusenborq” (Norveç), “Midtyulland” (Danimarka), “Seltik” (Şotlandiya), “Nitra” (Slovakiya), “Domjale” (Sloveniya), “Kayrat” (Qazaxıstan), “Şerif” (Moldova), HİK (Finlandiya)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp