Gəncənin "Kəpəz" klubunun yay hazırlıq planı müəyyənləşib.

Futbolinfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə  komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

50 yaşlı mütəxəssis Avropa Liqasına Türkiyənin Ərzurum şəhərində hazırlaşacaqlarını bildirib:

"İyunun 11-də Bakı – Naxçıvan – Ərzurum reysi ilə yola düşəcəyik. Toplanış ayın 21-də başa çatacaq. Həmin vaxt komandalar toplanışa yollanmadıqlarından, sınaqçı-rəqib tapmağımız bir az çətindir. Ancaq 2 yoldaşlıq görüşü planlaşdırırıq. Bu oyunların nə vaxt və hansı komandaya qarşı olacağı isə məlum deyil".

Ş.Diniyev Ərzurum toplanışından sonra Bakıya qayıdaraq, Avroliqayadək hazırlıqları paytaxtda davam etdirəcəklərini əlavə edib.

Qeyd edək ki, "Kəpəz" 2015/2016 mövsümünü 56 xalla 5-ci pillədə tamamlayıb və Avropa Liqasında iştirak hüququ qazanıb. Avroliqada I təsnifat mərhələsinin ilk oyunları iyunun 30-da, cavab görüşləri isə iyulun 7-də keçiriləcək. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp