Türkiyə milli üzvü Kolin Kazım Riçards karyerasını Braziliyada davam etdirməyə çox yaxındı. Futbolinfo.az xəbər verir ki, sözügedən ölkənin "Koritiba" klubu son olaraq, Şotlandiya "Seltik"inin formasını geyən 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. 
 
Bu barədə Cənubi Amerika təmsilçisinin idman direktoru Valir Barbosa məlumat verib. Klub rəsmisi Kazımın sabah Braziliyaya yolanacağını və yaxın günlərdə müqavilə imzalayacağını bildirib. Barbosa bu barədə "Fənərbaxça”nın sabiq futbolçusu Aleks de Souza ilə də məsləhətləşdiklərini də deyib. 
 
Qeyd edək ki, vaxtilə Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarında da çıxış edən Kazım 2007-ci ildən millinin şərəfini qoruyur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp