Topaz Premyer Liqasının 2015/2016 mövsümünün bürünc mükafatçısı “Qəbələ” daha bir futbolçu ilə yolları ayırıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, “qırmızı-qaralar” Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo və Ruslan Abışovun ardınca Pavel Paşayevlə də vidalaşıblar.
 
Bu ilin əvvəlində “Qəbələ”yə cəlb edilmiş müdafiəçinin klubla sözləşməsinin müddəti başa çatıb. Rəhbərlik özünü yaxşı tərəfdən göstərə bilməyən 28 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirmək istəməyib. Nəticədə Paşayev “Qəbələ”dən göndərilib.
 
Müqaviləsi başa çatan digər futbolçu – David Petrzkeviçin isə “Qəbələ”də qalmaq şansı var. Klub rəhbərliyi polşalı qapıçıya yeni sözləşmə təklif edib. Lakin David qarşı tərəfin bu təklifini hələ ki, cavablandırmayıb. Petrzkeviç razılıq versə, Dmitri Bezotosnı, Rəşad Sadiqov və Asif Məmmədovdan sonra “Qəbələ” ilə müqaviləsini yeniləmiş növbəti futbolçu olacaq.
 
Qeyd edək ki, ölkə çempionatının son mövsümündə həm Pavel Paşayev, həm də David Petrzkeviç cəmi 1 oyunda iştirak edib. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp