Avropa Liqasının 2016/17 mövsümünün I təsnifat mərhələsində çıxış edəcək 98 komandanın siyahısı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, iyunun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada iştirak edəcək komandalar 2 səbətə bölünəcək.
Azərbaycan təmsilçilərindən “Neftçi” və “Qəbələ” səpələnmişlər səbətində yer alacaq. Onlar digər səbətdəki 49 komandadan 46-sı ilə qarşılaşa bilər. Yalnız digər təmsilçimiz və iki Ermənistan klubu onlara potensial rəqib deyil.
Səpələnməmişlər sırasında yer alan “Kəpəz”in də 46 mümkün rəqibi var. Onlar da ölkəmizin digər iki klubu və bir Ermənistan təmsilçisiylə görüşə bilməyəcək. Ümumilikdə isə 3 klubumuzun 92 rəqibi var.
Düzdü, 98 klub sırasında yer alan Kosovo təmsilçisi yarışa buraxılmaya da bilər. UEFA-nın 55-ci üzvünün avrokubokların cari mövsümündə təmsil olunmasına qurumun İcraiyyə Komitəsi qərar versə də, həmin klublar lisenziyalaşmadan keçməlidi.
Nyondakı tədbirdə II təsnifat mərhələsinin də püşkü atılacaq. Bu zaman “Neftçi”nin yer alacağı cüt səpələnmişlərdən olacaqsa, digər iki komandamız səpələnməmişlər sırasında yer alacaq.
Səpələnmişlər: “Maribor” (Sloveniya), HİK (Finlandiya), AEK, “Omoniya” (hər ikisi Kipr),“Neftçi”, “Qəbələ” (hər ikisi Azərbaycan), AİK, “Höteborq” (hər ikisi İsveç), “Slovan”, “Spartak” T (hər ikisi Slovakiya), “Debretsen”, “Videoton” (hər ikisi Macarıstan), “Aktobe” (Qazaxıstan), “Şaxtyor”, “Dinamo” (hər ikisi Belarus), “Ventspils” (Latviya), “Aberdin”, “Harts” (hər ikisi Şotlandiya), “Lokomotiv” (Xorvatiya), “Reykyavik” (İslandiya), “Dila” (Gürcüstan), “Odd” (Noeveç), “Admira” (Avstriya), “Rabotniçki” (Makedoniya), “Vaduts” (Lixtenşteyn), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “Şemrok Rovers”, “Sent Patriks” (hər ikisi İrlandiya), “Zaqlebiye”, “Krakoviya” (hər ikisi Polşa), “Linfild” (Şimali İrlandiya), “Stabek” (Norveç), “Beytar”, “Mkkabi” Təl-Əviv (hər ikisi İsrail), “Kukesi” (Albaniya), “Levadiya”, “Nomme Kalyu” (hər ikisi Estoniya), “Zimbru”, “Daçiya” (hər ikisi Moldova), “Pünik” (Ermənistan), “Breydablik” (İslandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Domjale” (Sloveniya), “Voyvodina”, “Çukariçki” (hər ikisi Serbiya), “Beroe” (Bolqarıstan), “Midtyulland”, “Brondbü” (hər ikisi Danimarka)
Səpələnməmişlər: “Kliftonvill”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Torshavn”, “Runavik”, “Vikinqur” (hamısı Farer adaları), “Buduçnost”, “Bokelj”, “Rudar” (hamısı Monteneqro), “Kəpəz” (Azərbaycan), “Birkirkara”, “Hiberniians”, “Baltsan” (hamısı Malta), “Şkendiya”, “Sileks” (hər ikisi Makedoniya), “Valyur” (İslandiya), MTK (Macarıstan), “Spartak” M (Slovakiya), “Nova Qoritsa” (Sloveniya), “Suduva”, “Arlantas”, “Trakai” (hamısı Litva), “Yelqava”, “Spartak” (hər ikisi Latviya), “Rovaniemi”, “Mariehamn” (hər ikisi Finlandiya), “Lusitanos”, “Santa Koloma” (hər ikisi Andorra), “Samtredia”, “Çixura” (hər ikisi Gürcüstan), “Partizani”, “Teuta” (hər ikisi Albaniya), “Sloboda”, “Radnik” (hər ikisi Bosniya və Herseqovina), “Kork Siti” (İrlandiya), “Bala Taun”, “Landudno”, “Konna Kvey” (hamısı Uels), “Europa” (Cəbəllütariq), “Ordabası” (Qazaxıstan), “Jeness”, “Fola” (hər ikisi Lüksemburq), “Fiorita”, “Folqor” (hər ikisi San-Marino), “Şirak”, “Banants” (hər ikisi Ermənistan), “Zarya” (Moldova), “İnfonet” (Estoniya), “Slaviya” (Bolqarıstan), “Priştina” (Kosovo)
(Apasport)