Türkiyənin “Qalatasaray” klubu ilə bağlı daha bir transfer iddiası gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar" bu dəfə "Barselona"nın "qapısını döyüb".
Türkiyə mətbutının yazdığına görə, İstanbul nəhəngi son iki mövsümü icarə əsasında “Vest Hem”də (İngiltərə) keçirən yarımmüdafiəçi Aleks Sonq üçün məxsus olduğu Kataloniya təmsilçisinə müraciət edib. "Barsa" tərəfi isə kamerunlu futbolçunu “Qalatasaray”a icarə haqqı istəmədən verməyə razılaşıb.
Qeyd edək ki, Kamerun millisinin üzvü geridə qalan mövsümdə xeyli müddət zədəli olduğu üçün ancaq 16 matçda komandasına kömək edə bilmişdi.