Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin yay hazırlıq planı 2 hissədən ibarət olacaq. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, iyunun 10-da toplaşacaq kollektiv ayın 18-dək Bakıda hazırlıq keçəcək.
“Qəbələ”nin toplanışın ikinci mərhələsini keçirmək üçün Azərbaycanı nə vaxt tərk edəcəyi də müəyyənləşib. “Qırmızı-qaralar” iyunun 19-da xarici ölkəyə yollanacaqlar. Komandanın konkret hansı ölkəyə gedəcəyinə hələ aydınlıq gəlməyib. Mümkün variantların sırasında Gürcüstan və Türkiyə də var.
Roman Qriqorçukun yetirmələri toplanışın ikinci mərhələsində iki yoxlama oyunu keçirəcək. Sparrinq rəqiblərin adları qarşıdakı günlərdə bəlli olacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasının digər təmsilçilərindən “Qarabağ”ın yay toplanışı Avstriyada, “Zirə”, “İnter”, “Kəpəz” və "Neftçi"nin isə Türkiyədə baş tutacaq.