Tural Cəlilovla münasibətləri rəsmiləşdirən “Zirə” daha bir futbolçunu heyətinə qatmaq üzrədi. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, yay fasiləsində ilk transferi müdafiəçi olan paytaxt klubu bu dəfə yarımmüdafiə xəttini gücləndirəcək.
 
Belə ki, “mavi-qırmızılar”ın ötən mövsümü “Rəvan”da keçirən Yamin Ağakərimzadə ilə danışıqları müsbət nəticələnib. 24 yaşlı yarımmüdafiəçinin razılığını alan “Zirə” rəhbərliyi qarşıdakı günlərdə onunla müqavilə imzalayacaq. Yaminin yüksək dəstədə oynamaq üçün lisenziya ala bilməyən “Rəvan”da qalacağı inandırıcı görünmür.
 
Qeyd edək ki, “Zirə” yay fasiləsində Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza və Luis Alberto Diezlə yolları ayırıb.
Shares: