Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində iştirak edən “Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası üçüncü oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Bolqarıstan komandası ilə qarşılaşan təmsilçimiz 2:5 hesabı ilə məğlub olub.

Turnirin Əsasnaməsinə uyğun olaraq, məğlubiyyət üçün 1, heç-heçə üçün 2, qələbə üçün isə 3 xal verilir. Türkiyə və Bolqarıstan təmsilçilərinə məğlub olan, ingiltərəli məktəblilərlə isə heç-heçə oynayan komandamız hazırda 4 xala malikdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp