“Zirə”də heyətlə bağlı çalışmalar davam edir. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ilk transferini reallaşdırıb. 

Klub saytının yaydığı məlumata görə, təcrübəli müdafiəçi Tural Cəlilov “qartalllar”ın sırasına qoşulub. Futbolçu ilə bir illik müqaviləyə imza atılıb.

Tural Cəlilov ötən mövsüm “Xəzər Lənkəran” klubunun şərəfini qoruyub. Peşəkar karyerasına “Ədliyyə”də başlayan Tural “Gənclərbirliyi”, “Simurq” və “Rəvan”da da çıxış edib. Cəlilov Azərbaycan yığmasının da formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp