Futbol üzrə Albaniya yığmasının Fransada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də yekun heyətdə yer alıb.

Albaniya yığmasının italiyalı baş məşqçisi Canni de Byazi 23 nəfərlik heyətdə Azərbaycan Premyer Liqasının iştirakçısına da yer verib. Bununla da Aqolli Fransada 1 ay davam edəcək məsul turnirdə Azərbaycan Premyer Liqasının yeganə təmsilçisi olacaq. 
 
Qeyd edək ki, Albaniya A qrupunda meydan sahibləri, Rumıniya və İsveçrə yığmaları ilə yarışacaq.

Shares: