Bir neçə gün öncə Mirça Luçesku ilə yollarını ayıran Ukraynanın "Şaxtyor" klubunun (Donetsk) yeni baş məşqçisi bəlli olub. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, bu posta portuqaliyalı mütəxəssis Paulo Fonseka təyin edilib. 43 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fonseka ötən mövsüm ölkəsinin "Braqa" klubunda baş məşqçi işləyib.