Avropa Liqasında iştirak edəcək “Qəbələ”də heyətlə bağlı islahatlar davam etməkdədi. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo, Ruslan Abışov və Pavel Paşayevlə vidalaşan bölgə klubunda bəzi futbolçuların gələcək taleyi sual altındadı.
 
Söhbət müdafiəçi Vitali Vernidub və hücumçu Aleksey Antonovdan gedir. Baş məşqçi Roman Qriqorçukun istəyi ilə komandaya gətirilmiş ukraynalılar başa çatan mövsümdə özlərini yaxşı tərəfdən göstərə bilməyiblər. Bu mənada, klub rəhbərliyi onların çıxışından narazı qalıb.
 
Hər iki futbolçunun “Qəbələ” ilə müqaviləsinin olmasına baxmayaraq, komandada qalıb-qalmayacaqları hələ dəqiqləşməyib. Məsələ burasındadı ki, “qırmızı-qaralar” yeni sözləşmə imzaladıqları Dmitri Bezotosnı kimi, Vernidub və Antonovun da maaşını azaltmağın tərəfdarıdı. Danışıqların necə nəticələnəcəyi maraq doğurur.
 
Qeyd edək ki, Antonov Topaz Premyer Liqasının başa çatan mövsümündə 32 oyunda 7 qola imza atıb. 11 matçda iştirak edən Vernidub isə fərqlənə bilməyib.
Shares: