“Kəpəz” Avropa Liqası və Topaz Premyer Liqasının yeni mövsümü üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, beş yerli futbolçunun keçidinə nail olan “sarı-göylər” daha iki oyunçunun xidmətində maraqlıdır.
Hazırda bu istiqamətdə işlər gedir. Komandaya dəvət olunacaq futbolçular legioner olacaq.
Məşqçilər korpusunun hesabatına əsasən komanda mərkəz yarımmüdafiəçisi və son müdafiəçi mövqeləri üzrə oyunçulara ehtiyac duyur.