"İnter" daha bir futbolçu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ukraynalı hücumçu Yuri Fomenko ilə əməkdaşlığa son qoymağa qərar verib.
Tərəflər arasında imzalanmış müqavilənin müddəti bitib. Ukraynalı futbolçu ilə yeni müqavilənin imzalanmaması barədə qərar qəbul edən klub rəhbərliyi Fomenkoya gələcək karyerasında uğurlar arzulayıb.