Dünya çempionatının pley-off mərhələsində futzal yığmamıza uduzan Hollandiya millisinin baş məşqçisi Marsel Lusveld postundan uzaqlaşdırılıb. Futbolinfo.az xəbər verir ki, müqaviləsinin müddəti başa çatan 53 yaşlı çalışdırıcıya yeni sözləşmə təklif edilməyib.
“Narıncılar”ı mundiala apara bilməyən Lusveld daha məşqçiliklə məşğul olmaq istəmir. Onun postuna kimin gətiriləcəyi hələ bəlli deyil.
Qeyd edək ki, millimiz Hollandiyaya iki oyunun yekununda 9:5 hesabı ilə qalib gəlmişdi. (Apasport)