Makedoniyada təlim-məşq toplanışında olan Azərbaycanın U-19 yığması bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı millimiz yenə də yerli həmyaşıdları ilə münasibətlərinə aydınlıq gətirib.
İki gün öncə bu rəqibinə 0:2 hesabıyla uduzan komandamız bu dəfə həmin yenilginin qisasını almaq istəyindəydi. Qarşılaşmada hesabı da məhz 10-cu dəqiqədə millimiz açıb. Amma 40 və 52-ci dəqiqələrdə meydan sahiblərinin vurduğu qollar komandamızın növbəti məğlubiyyəti ilə nəticələnib.
Yoxlama oyunu
3 iyun
Makedoniya – Azərbaycan – 2:1 (1:1)
Qol: Fərid Nəbiyev.