Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı millimiz bu dəfə Bosniya və Herseqovina ilə münasibətlərinə aydınlıq gətirib.
Bu toplanış çərçivəsində iki dəfə Sloveniyanın gənclər yığması ilə qarşılaşan komandamız ilk oyunda 1:4 uduzsa da, növbəti görüşdə 2:1 hesabıyla qalib gəlmişdi. Futbolçularımız eyni aqibəti bosniyalılara da yaşatmaq ümidində idilər. Lakin bu görüşdə qapılara qol vurulmayıb.
Beləliklə, yığmamız Sloveniya toplanışını heç-heçə ilə yekunlaşdırıb.
Yoxlama oyunu
3 iyun
Azərbaycan – Bosniya-Herseqovina – 0:0