Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı millimiz bu dəfə Kanada ilə münasibətlərinə aydınlıq gətirib.
Bu toplanış çərçivəsində Andorra ilə qolsuz bərabərliyə razılaşan, Makedoniyaya 1:3 hesabıyla uduzan komandamız hazırlıq prosesini qələbə ilə başa vurmaq niyyətindəydi. Amma nisbətən zəif rəqiblərlə bacarmayan futbolçularımızın Kanadanı məğlub edəcəyinə inam o qədər də çox deyildi.
Görüşdə hesabı ilk yarının sonlarında kanadalılar açıblar. Amma fasilədən bir qədər sonra komandamız hesaba tarazlıq gətirməyi bacarıb. Qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyincə, qarşılaşma heç-heçə başa çatıb.
Yoxlama oyunu
3 iyun
Azərbaycan – Kanada – 1:1 (0:1)
Qollar: Akindele, 44 (0:1). D.Nazarov, 58-pen. (1:1).
Avstriya, Rorbah Lafnitz şəhəri.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev (17. Rəhman Hacıyev, 90+3), 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 8. Eddi İsrafilov (28. Coşqun Diniyev, 80), 9. Namiq Ələsgərov (7. Araz Abdullayev, 57), 13. Dmitri Nazarov (15. Ruslan Abışov, 88), 16. Tərlan Quliyev, 18. Ağabala Ramazanov, 22. Əfran İsmayılov (11. Ruslan Qurbanov, 46).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 10. Elvin Məmmədov, 14. Rəşad Sadıqov, 19. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 24. Amil Yunanov, 25. Adil Nağıyev.
Baş məşqçi: Robert Prosineçki.
Kanada: 1. Saymon Tomas, 19. Stiven Vitoriya, 4. Deyan Yakoviç, 18. Marsel De Yonq (20. Karl Ouimette, 44), 12. Doneil Henri, 15. Adam Streyt (6. Julien De Quzman, 79), 16. Skott Erfild, 5. David Edqar (14. Samuel Piette, 62), 11. Toseynt Rikketts (9. Markus Haber, 71), 13. Maykl Petrasso (10. David Hoylett, 62), 23. Teşo Akindele (24. Saymon Cekson, 71).
Ehtiyat oyunçular: 22. Kenni Stamatopulos, 18. Milan Borjan, 8. Uill Conson, 3. Manjrekar Ceyms, 7. İain Hume, 21. Kili Larin, 2. Nikolas Ledqervud.
Baş məşqçi: Benito Floro.